Zəyəm Texnologiyalar Parkı ...


Zəyəm texnologiyalar parkının əsası 1962-ci ildə qoyulmuş və "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialı kimi fəaliyyətə başlamışdır. 1966-ci ildən SSRİ Traktor və Kənd təsərrüfatı Maşınqayırma Nazirliyinin tərkibinə verildikdən sonra STX-30 markalı kartofu anbarlarlara yığıb boşaldan transportyorlar sistemi, CNU markalı çuğundur çıxaranlar, MOS-300 markalı toxumyuyan maşınlar, Balıq mühafizə qurğuları, TXB-20 markalı transportyorlar komplekti, kənd təsərrüfatı malları ehtiyat hissələri istehsal edilmişdir. Zavod 2002-ci ildən qismən özəlləşdirilərək "Zəyəmkəndmaş" ASC-nə çevrilmiş, 2005-ci ilin yanvar ayından tam özəlləşərək "ATA Holdinq" şirkətlər birliyinin tərkibinə verilmişdir. Bundan sonra Neft maşınları üçün ehtiyat hissələr hazırlanması ilə məşğul olmuşdur.

30 iyun 2014-cü ildə səhimdarların ümumi yığıncağı zamanı tərtib edilmiş protokola əsasən "Zəyəmkəndmaş" ASC-nin adı "Zəyəm Texnologiyalar Parkı" ASC olaraq dəyişdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində “Şəmkir Aqropark”ın təməlqoyma mərasimində iştirak edib.

“Şəmkir Aqropark” bir və ya bir neçə növ kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və maketinqi ilə əlaqədar fəaliyyətlərin vahid istehsal məkanında, bir ərazidə kombinsiya olunmuş təsərrüfatçılıq subyektidir Eyni zamanda, Şəmkir Aqroparkla “Zəyəm Texnologiyalar Parkı” arasında işgüzar münasibətlərin yaradılması və fermerlər üçün istixana konstruksiyalarının, damcılama və çiləmə üsulu ilə müasir suvarma avadanlıqlarının istehsalı və quraşdırılması həyata keçiriləcək.

Bununla yanaşı “Şəmkir Aqroparkı”nda inşa edilən Logistik Mərkəzin tikintisi də Zəyəm Texnologiyalar Parkı –nın iştirakı ilə həyata keçiriləcək.
Zəyəm Texnologiyalar Parkının inkişaf konsepsiyası ölkənin ixrac potensialının artırılması yəni xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsi, milli brendlərin yaradılması, istehsalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında əhəmiyyətli rol oynayacaq.